Reklam verin!
YARANANıN YARADANıN VAR

Hansının qiyməti baha olacaq    

          İlin  əvvəlində qəzetlərin qiymət artımının şahidi olduq. Bu ilin əvvəlində də buna cəhd, amma bu cəhddə hamı bir yerdə olmadığından iş  mənfi sonsuzluğa yuvarlandı.  Hələlik qəzetlərin əksəriyyətinin qiyməti 30 qəpikdir.

Davamı...

Açar sözlər:

Yazar: ramidumid | Tarix: May 16, 2008 18:06 | Mədəniyyət | Şərhlər(1) | Baxış sayı: 66

Qiymətiniz...      

ÇOXlarımızın eşitdiyi suallara  haralısan, «iqtidarsan», «müxalifətsən» də daxildir. Bu  sualların daha çox verilməsi seçkilər dövründə olur.Amma başqa hallarda da bu lazımsız yanaşma ilə qarşılaşmalı  oluruq.Bakının  Yasamal rayonunda kirayə ev axtaranda ev sahiblərinin ilk sualları belə olurdu : Haralısan (sınız)? Haradasa işləyirsən(siniz), yoxsa tələbəsən(siniz)? 

Davamı...

Açar sözlər:

Yazar: ramidumid | Tarix: May 14, 2008 19:00 | Mədəniyyət | Şərhlər(1) | Baxış sayı: 61

 

 Qələbə müjdəli sabahlaradək

Noyabr ayının 12-də Səbail Bələdiyyəsi və Dünya Azərbaycanlıları Konqresinin (DAK) Azərbaycan Nümayəndəliyinin birgə təşəbbüsü ilə Şəmistan Əlizamanlının yeni işıq üzü görmüş kilp və diskinin təqdimat mərasimi keçirildi. “Gülüstan” adlı diskdə Azərbaycan şairlərinin vətənpərvər ruhda yazılmış şeirlərindən və dahi bəstəkar Üzeyir Hacıbəyovun üverturasından isitifadə olunmuşdur. DAK-ın Azərbaycan Nümayəndəliyinin sədri İsmayıl Ağayevin səyi nəticəsində ərsəyə gələn kompozisiyasının təqdimatı zamanı “Qafqaz dağı, yol ver bizə”, sözləri Şahin Musaoğluna məxsus “İgid əsgər möhkəm dayan” və “Gülüstan” adlı klip iştirakçılara təqdim olundu.


Açar sözlər:

Yazar: ramidumid | Tarix: Noyabr 26, 2007 10:31 | DİASPOR | Şərhlər(0) | Baxış sayı: 98

Güləş : Sərbəst

 

Beynəlxalq Güləş Federasiyaları Assosiasiyası (FİLA) bütün zamanların ən güclü 100 pəhləvanının siyahısını dərc edib. “APA-SPORT” agentliyinin məlumatına görə, FİLA siyahını gənclər və kişilər arasında keçirilən qitə və dünya çempionatlarında, o cümlədən Yay Olimpiya Oyunlarında qazanılan medalların əyarına və sayına uyğun formalaşdırıb.

Buna əsasən, planetin ən güclü 100 güləşçisinin siyahısına karyerası ərzində 30 qızıl və 2 gümüş medal qazanan rusiyalı Aleksandr Karelin başçılıq edir. Kubalı Milian Hektor (23 qızıl, 9 gümüş, 2 bürünc) ikinci, türkiyəli Hamza Yerlikaya (23 qızıl, 4 gümüş, 3 bürünc) üçüncü pillədə qərarlaşıb. Azərbaycan isə siyahıda cəmi bir pəhləvanla təmsil olunub. 2000-ci ildə Sidneydə keçirilən Olimpiadada ölkəmizin şərəfini qoruyan İslam Duquçiyev 9 qızıl, 2 gümüş və 1 bürünc medalla 55-ci yeri tutub.
Qeyd edək ki, əslən rusiyalı olan İ.Duquçiyev Sidney Olimpiadasından əvvəl yunan-Roma güləşi üzrə milli komandamızın heyətinə cəlb edilmişdi. Amma karyerası ərzində dörd dəfə dünya çempionu olan İ.Duquçiyev Olimpiadada 69 kq çəki dərəcəsində yalnız 6-cı yeri tuta bilib.


Açar sözlər:

Yazar: ramidumid | Tarix: Noyabr 23, 2007 19:13 | Bölməsiz | Şərhlər(0) | Baxış sayı: 100

Sənaye və energetika : Qaz


Rəsmi Budapeşt Türkiyənin Azərbaycan və Türkmənistandan «Nabucco» kəmərilə nəql olunacaq təbii qazın digər ölkələr tərəfindən alınmasına məneəçilik törətməyəcəyinə əmin olmaq istəyir.

«APA-ECONOMICS»in «Reuters» agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyədə səfərdə olan Macarıstanın iqtisadiyyat və nəqliyyat naziri Yanoş Koka bildirib.
Y.Kokanın sözlərinə görə, «Nabucco» layihəsi hesabına Türkiyə qaza olan daxili tələbatını ödəmək fikrindədir və konsorsiumun üzvü olan digər dövlətlər Xəzərdən Avropaya qazın fasiləsiz tranzitinə zəmanət almaq istəyir. Bununla yanaşı, macarıstanlı nazir Türkiyə ilə bununla bağlı razılığın layihənin icrasına başlanmamış əldə olunacağına əmin olduğunu vurğulayıb.
Qeyd edək ki, ümumi dəyəri 5 mlrd. avro olan «Nabucco» layihəsi Xəzər bölgəsindən Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Rumıniya, Macarıstan və Avstriya ərazisilə Avropaya təbii qazın nəqlini nəzərdə tutur. Kəmərin inşasına 2009-cu ildə başlanması və 2012-ci ildədək istismara verilməsi planlaşdırılır. Layihənin icrası ilə bağlı yaradılmış konsorsiuma artıq 5 investor üzv olub - OMV (Avstriya), MOL (Macarıstan), «Botaş» (Türkiyə), «Bulgargaz» (Bolqarıstan) və «Transgaz» (Rumıniya).


Açar sözlər:

Yazar: ramidumid | Tarix: Noyabr 23, 2007 19:10 | Bölməsiz | Şərhlər(0) | Baxış sayı: 93

İnfrastruktur : Rabitə


Milli Televiziya və Radio Şurası (MTRŞ) “Radio-Frans”ın Azərbaycanda yayımının dayandırılması barədə qərar çıxarıb.

Bu barədə APA-ya MTRŞ sədri Nuşirəvan Məhərrəmli bildirib. MTRŞ sədri deyib ki, xarici radionun yayımı noyabrın 30-da dayandırılacaq: “Biz 7-8 aydır, radioya sənədləri təqdim etmələri, lisenziya almaları barədə müraciət etsək də, təəssüf ki, buna qeyri-ciddi yanaşdılar. Bu günə qədər də həmin radiodan bir xəbər yoxdur. Ona görə də belə qərar çıxardıq”.


Açar sözlər:

Yazar: ramidumid | Tarix: Noyabr 23, 2007 19:07 | Bölməsiz | Şərhlər(0) | Baxış sayı: 108

Qabaqki yazılar

  Yazılar cəmi: 27    Sonrakı səhifə »