Reklam verin!
Yuma Ailə Jurnalı
YARANANıN YARADANıN VAR
   

                                          

       Siqaret və biz                      

 

Bunları çoxlarımız görürük: belində çanta, yaxud əlində kitab,dəftər, daha nəyi olub, nəyi olmasa da, by yazımda söhbət,xüsusi  ilə siqaret çəkən gənclərdən söhbət gedir. Bunlar əksəriyyəti şagird və tələbələrdir, oğlan və qızlardır. Onların hansılarısa sinif və yaxud tələbə yoldaşlarımızdır. Bəlkə də dostumuzdur,yaxınımızdır Hansı ki, onlar gələcəkdə hər hansı bir peşənin və  sənətinin sahibidirlər; Hüquqşunas, jurnalist, müəllim, həkimdir və s. Ancaq, necə (peşəkar, qeyri-peşəkar)? Ailə sahiblərindəndirlər... Bu gənclərimiz də dəftər, kitab, qələm, çay, dönər və s. adı ilə valdeynlərindən artıqlaması ilə pul alıb, onları  müxtəlif yollarla aldadaraq aldanaraq siqaret alırlar. Hüseyn Cavid adına parkda yolumla gedirəm. Məktəbli uşaqlarlardan (bu geyimlərindən və digərəlamətlərindən də bilinirdi) biri o birilərinə uca səslə məktəbdən danışmağınızın burada hec yeri yoxdur deyərək, mənə yaxınlaşaraq siqaret, digərləri isə yandıran istədilər. Çəkmədiyim üçün nə siqaretim, nə də yandıranım olmadığını bildirəndən sonra, yoluma davam edirdim ki, eşitdim; hansısa dedi,” uşaqdır, getsin dərsin oxusun” (əlimdə kitab, dəftər var idi). Ucadan güldülər.Tələbəsi olduğum unversitetin də bəzi tələbələri “Siqaretin var?”, “yandıranın var?”suallarını, təəssüf ki, tez-tez mənə verirlər.Hətta “çəkirsən?” təklifini edənlər də olur. Bu vəziyyətlərlə başqa yerlərdə də üzləşmişəm. Məndən yaşdan böyüklərin bəzisi də mənə bu təklifli və sualı verirlər. Tanıdığı və tanımadığı kimlərinsə onların bu cür yanaşmalarını həm özünə, həm də başqasına hörmətsizlik kimi anlamaq olar.Bəzən bu və ya digərlərinin başqalarına bu cür yanaşmalarını görəndə danışmadan üzümü çevirib gedirəm. Bu saymamazlıq kimi anlaşılmasın. Necə deyərlər; “Ağac bar verəndə başını aşağı salar”. Bəzən isə tanıdıqlarıma deyirəm: Bunun çəkəndən daha çox yanında olanın sağlamlığına təhlükədir.Odur ki, bu başqasına hörmetsizlikdir.Deməli, çəkənin də, çəkməyənin də tez-gec şəxsi və yaxud ailə büdcəsinə ziyandır. Onlardan biri mənə əks rəyini demişdi; “əsgərlikdə çəkərsən”.  Digəri isə; “Siqaret qutusunun üzərində bu dedikləriniz yazılıbdır” deyir. Qəribədir,.. Beləsinə daha nə deyim?!.Siqaret çəkən qrup yoldaşlarımın birindən siqaret barəsində gözlənilməz rəyini eşitdim; ”Siqaret düşmənə də dil açdırar” “Pulu” olmayıb, qiyməti ucuz siqaretin bir neçəsini alıb, bahalı qiymətli siqaretin qabına qoyanlar da var. Onlar siqaretin bahalılığı ilə öyünərək, özləri ilə fəxr edirlər. Çünki, öz aralarında siqaret almayana, yaxud, qiyməti ucuz olan siqareti çəkənlərə aşağlayaraq kimi yanaşaraq, məzhərəyə qoyurlar. Siqareti elə çəkir, gəl görəsən, loğalanaraq...Tüstüdən onlara yaxınlaşmaq da olmur.Hətta, tüstünün iyisipaltarından da gəlir. Onlar yanında siqaret çəkməyənə yaxşı baxmırlar. Belələrinin necə baxmağından aslı olmayaraq, əksəriyyəti gənc olduğu üçün onların gələcəyi, xüsusilə də həyatlarına  başqa istiqamətdə yol seçən gəncləri  bu düşündürməyə bilməz. Çünki, nə vaxtsa onlarla hardasa, necəsə, üz-üzə gəlməli olacağıq.                                           

Ramid İbrahimov 
Bookmark and Share

Açar sözlər:

Yazar: ramidumid | Tarix: Noyabr 25, 2008 18:54 | Mədəniyyət | Şərhlər(0) | Baxış sayı: 3

Günahımız nədir?!. 

İcazə verin özümüzə özümüz sahib olaq! Bizdən əşya kimi özünüzün şəxsi maraq və məqsədlərinizə uyğun və ona çatmaq üçün istifadə etməyiniz bəsdir, kufayətdir. Onsuz da, bizsiz heç kimə və heç nəyə çata bilmirsiniz?!. Müəyən anlaşılmaz, “cılız” və kiçik arzularınıza, istəklərinizə və niyyətlərinizə heç olmazsa “yaxın”laşmaq üçün bizi vasitələr olaraq qəbul etməyiniz yetər. Elə buna görə bizi dünyaya gətirmisiniz? Əllərinizin altında böyütdünüz ki, “əlaltı”nız olaq?!. Ey yaşına görə “böyük”lər, Sizə səslənirəm, axı, bizə- körpələrə, uşaqlara, yeniyetmələrə və gənclərə nə vermisiniz ki, ala bilmirsiniz?!.

  Hansımızsa, ləkələndi, kirləndi, üzərimizə şər, böhtan, iftira, çirkab atdınız. Kimisi, barlarda, otellərdə, diskatekalarda, əyləncə mərkəzlərində, kimisi isə iş otağında, tükanda (marketdə), çayxanada, restaranda, kafedə, parkda, ailəsində, evində, məktəbdə... Bu iyrənc hadisələr “böyük”lər tərəfindən kimisə yaşadığımız ölkədə kimisə xarici ölkələrdə. Bizim başımıza nələri gətirmədiniz. Bu oyunların qurbanları daha çox yeniyetmə və gənclərdir. “Böyük”lərin bunların başına gətirdikləri, özlərinin kefi üçündür. Belələri başqasına əziyyət verməkdən zövq alırlar. Uduzmağı özünə bağışlamaq olar, lakin, qurbanı xeyir! Çünki, bağışlanası daha heçnə qalmır...Tükanların (marketlərin) qarşısına yazılıb vurulur, gənc-qızlar işə tələb olunur. İşdə ofsiontlıqdır. Niyə gənc-qız?... Elə cavan qadın var ki, yüz gənc qızın işini görər. Niyə oğlan olmaz? Gənc qıza tələb şirkətlərdə, təşkilatlarda və başqa strukturlarda da bu əsas “tələbat”lardan,”tələb”lərdəndir. “İş” üçün bir şərt də var; gözəl və cazibəli olsun. Geyimi də ki, iş formasında deyil, rəhbərin istədiyi kimi olmalıdır. Bu gənc xanımlar moda göstərəcəkmi?!. Yoxsa iş mədəniyyətini, qabiliyyətini, bacarığını, istedadını göstərməlidir.Haqqı danmaq olmaz.Lazım olan yedə də elminə, savadına da önəm verirlər. Elə bunu əsas şərt olaraq qəbul etsəydilər, bax bu olardı o şəxslər üçün əvvəzedilməz-dəyər.Savadlı olub gözəl deyilsənsə, oğlansansa gərək rüşvət verib işə qəbul olasan.Ta acından ölməyəcəksən ki?Siz də ailə qurma istəyirsiniz və yaxud ailəlisiniz.Bəzi insanlar “rüşvət və korrupsiya virusuna” elə doğum evindən yoluxurlar. “Quş qrip”i virusu (H5N1) bu virusun yanında elə-belədir. Odur ki, onlar “Rüşvət  virusu”na uşaqlıqdan yoluxduğuna görə böyüyüb yaşa dolduqca bu virusun əlamətlərini, fəsadlarını, zərər və ziyanlarını “insan”lığında özünü göstərir. Rüşvət alan kimdir; “böyük”olan bax belə həkimlər, tibb bacıları, gələcəkdə müəllimlər, məhkəmə hakimlər olacaqdır. Rüşvət verən isə kimlər, kimlər... olacaq. Çünki, bizim cəmiyyətin əksər üzvləri öz hüquqlarını bilmir.Nə vaxtdan rüşvət-pul istəyənə həkim, müəllim və.s deyiblər.Bu adları belələrinə dırnağ arasında deyirlər.Məsələn, “müəllim” Bəziləri  utanmır hələ deyir ki; “mənə “çörək pulu”, “çay pulu” verəcəksiniz, “hörmət” eləməyəcəksiniz”?.. Rüşvətə-“çörək pulu” deyənlər heç bilirlər, çörəyin qiyməti neçəyədir?!.  Bu adlar əslində rüşvətin “soyad”larıdır.“Böyük”lərimiz bəzən biz-gənclərə məqsədlərinə, niyyətlərinə uyğun deyirlər; gənclərimiz xarici ölkədə yaşayan, məsələn qərb ölkələrinin gənclərindən daha yaxşıdır. Ola bilsin ki, bizdə bu  yaxşılığı “böyük”lər onlara olan hörmətimizdə görürlər amma əslində biz onlardan fərqli olaraq mədəniyyətimizi, yəni necə olduğumuzu göstəririk. Təbii ki, özünə hörmət eləyən başqasına hörmət eləyir və yaxud başqasına hörmət eləyən özünə hörmət eləyir. Ona görə ki, Qərb ölkələrinin gəncləri pis olduğu üçün “böyük”ləri azada yaşamaları, sərbəst yaradıcılıqla məşqul olmaq üçün onlara hər cür şərait yaradırlar?!. Bəs, buna görə həyatlarının, işlərinin rahatlıqları üçün müəyyən sahələrdə ( məsələn, ev almaqda, dünyaya gələn hər uşağa görə dövlət bücəsindən uşağın təlabatlarını ödəmək üçün lazımı qədər vəsait ayrırlar) müəyyən güzəştlər olunur?!. Ey bizim “böyük”lər, sizcə buna səbəb nədir?!. Təsili, səhiyyəsi... rüşvətsizdir... Gənclərlə “böyük”lər arsında bax belə uçurumlar yaranır... Müəyyən məqsədlərinə, niyyətlərinə, arzu və istəklərinə çatmaq üçün öz işlərində gənclərin enerjisindən, fiziki və əqli gücündən lazımı qədər istifadə edirlər. Fiziki güc dedikdə, sağlamlığı, müxtəlifidman növləri ilə məşğul olmasından istifadə edərək “böyük”lər, onların müxtəlif zamanlarda təhlükəyə atırlar. Əqli güc dedikdə isə, onların elimindən, savadından, dünya görüşündən  yetərli qədər istifadə eləyir. Məsələn müasir texnikanın idarə edilməsini gənclər daha yaxşı bacarırlar. “Böyük”lər də öz heyrətini gizlədə bilməyib bəzən deyirlər; “İndikilər çoxbilmişdir”. Bəs niyə biz- gənclər bunların qarşılığında  “hörmət”, “rüşvət” istəmirik?!. Çünki, biz sizin yerinizdə olmaq istəmirik. Belkə də, belə olmadığımızdan, sizin kənardan necə göründüyünüzdən xəbəriniz yoxdur... Of, “böyük”lər” of! Bu və ya digər ciddi, emosionla, qeyri emosional, faktlarla, hadisələrlə, “problemlər”dən yaranan sualların bəzilərinin cavabını yazımızda birbaşa, dolayı və sətiraltı, fikiraltı verəcəyik. Yəyqin ki, yazını bura qədər oxuyarkən kimlərsə, nələri, yəni rastlaşdığınız, gördüyüz, hər hansı problemlər və onları yaradanlar bir andaca təsəvvürünüzdə canlandı. Bizi bu cəmiyyətin bir hissəsi olaraq qəbul edirsiniz.Amma, bunu kimə, necə, harada, nə zaman da qəbul edirsiniz. Bizdə bərabər hüquqlu cəmiyyətdə yaşamaq istəyirik. Siz ki, deyirsiniz daxil olduğumuz cəmiyyət bərabər-hüquqludur; hamının azad toplaşmaq və sərbəst, müstəqil sözünü, fikrini demək və əsaslandırmaq və bu kimi sizinlə eyni hüquqları vardır. Bu və ya digər huquları harda, kimdə,necə işləyir və yaxud işləmir?!. Flankəslə bəhsə (mərcə) girib yersiz və mənasız, məntiqsiz olaraq, deyir ki, bax bəhmənkəslə ailə quracam...Bu  hələ ki, bu xəyaldı, yuxudu... Yaxşı olmayanı budur ki, bu nə vaxtsa gerçək olsun. Bax buracan dərd yarı idi...Bəs, nədi, nədi o, imkanlıdır. Bunlar olarkən özünü “xoşbəxt” sanır. Belələrinin bu həyat yoluna istiqamətləndirən də elə valideyinlərdir, “böyük”lərdir. Ancaq, nə “böyüyü” nə də “balaca”sı  bəlkə də, heç bilmir və düşünmür ki,  “arzu”ladığı o, bəy və yaxud o, xanımın bu pulu haradan və necə qazanır ki, bəs mən qazana bilmirəm. Ola bilsin rüşvətlə, narkotiklə, pis yola düşməklə və nələrlə. Ola bilsin də ki, halal qazanır necə deyərlər “daşdan pul çıxarır”. Amma,  beləsi heç vaxt zəhməti sevməyən, düzgün əməli olmayanlarla ailə qurmaz. Adını könülsüz-nigah qoyub ey ailə, quranlar: Bəs istəmədən ailə qurduq və yaxud bizim üçün quruldu deyən ay flankəs, bəhmənkəs, siz nigah bağlayarkən  kimsə əvəzinizə imza çəkənmi olub? Ailə qurmaqda bəziləri bu və ya digər uyuşmadan daha çox yaşa önəm verirlər, bəzi oğlanlar yaş etibarı ilə özünən daha çox kiçiklə ailə qurur ki, çox şeyləri bilməsin bəs çox şey tələb edərlər. Qadınlar isə yaş çoxla tanış olur, ailə qurur ki, bunun ola bilsin fikiri ciddi və daha gözü onda-bunda olmayacaq, pul qazanacaq.Yenə də “böyüklük” xülyası.Belə fərqlilik düşüncələrində olduğu kimi bu və ya digər müxtəliflik özünü başqa cəhətlərdə də gec-tez, istər- istəməz göstərir. Ailəsinin dağılmaması üçün üçün hər cür cəhdlə dünyaya tez uşaq gətirməyə çalışan kişi və qadın lazımı gəldikcə “öz istək və arzularının, məqsəd və niyyətlərini” reallaşdırmaq üçün uşaqdan istifadə edirlər. Uşaqdan (günahsız və məzlum) vasitə olaraq “həyat yoldaş”ları “istifadə” etməklə bir-o birini özünə təslim etməkdə, əsarətdə, “yenə mən deyən olmalıdır” deyərək uşaqların həyatları həmişə təhlükə altında. Bunlar bizik və “böyük”lərimizdir. Bizdə dünyaya gələn uşağa görə doğum evlərinin işçiləri “şirinlik”, “muştuluq”,.. adı altında rüşvət alırlar. Uşaq oğlandırsa pulu birə-iki çıxır. Ekizdirsə ya biri oğlan ya biri qızdırsa yaxud ikisi də oğlandırsa uşaqları “əmanət” qoy, get necə olur olsun pulla doğum evinə qayıt,.. Deməli, bilinmir uşaq valdeyininə pul verilməlidir, yoxsa bunlara.                          Bu oğlanlar axı sağlam böyüyəcəksə o, gələcəyin əsgəridir. Təbii ki, əsgərikdən “saxlat”dırılmasalar. Bu körpə böyüklərin nə danışdıqlarını bilsə və özü də danışsa onlara deyərdi; “heç utanmırsınız,..” Bədbəxtin bədbəxti o, körpədir və onun valdeyinidir ki, Allah eləməsin birdən körpə xəstəkləndi nədənsə, yenidən doğum evinə qaytarılmalıdı. “Sağ”alsa, həkimlərin tibb bavıların dili ilə desək; “uşaq ikinci dəfə dünyaya gəldi” bu zaman yadıma bir mənasız sual düşdü; “dünyaya ikinci dəfə gəlsəydi nəçi və yaxud kim olmaq istəyərdiniz?” bundan sonra axı, ikinci dəfə dünyaya  kim gələrdi. Necə ki, övladını hüquqlarını heyvanla bərabərləşdirən bəzi valdeyinlər-“böyük”lər övladına deyir; “sizi mən böyütmüşəm boya-başa çatdırmışam indi sizə lazım deyiləm?.. Dəxi sözlərimi eşitmirsiniz?!. Kiminlə, ailə quracağınızı mən bilərəm, seçərəm, siz isə nigah bağlayarsınız...”  Bax bu lap çobanın qoyunla “danışığına” oxşayır. Kimsə olmadığında məcburən qoyunla danışmağına bənzəyir... Çoban qoyuna deyir; “səni mən saxlamışam, böyütmüşəm istəsəm kəsib yeyərəm və yaxud sataram”. Valideyinin övladına, çobanın qoynuna belə “minnət” qoymasında  necə də oxşarlıq, bənzərlik var desəm yanılmaram.Qoyununu satan “məqsəd”siz və “səbəb”siz olmadığı kimi  hər halda belə valideyinlərin də haradasa, yanlış qərarında belə “əsas”lar vardır.Bu yazı kiməsə ayna ola bilər. Ola bilsin çatlaq və yaxud sınıq ayna olasun. Amma, yenə də aynadır. Bir də var ki, burada özünü necə görürsən... Yazılan bu müxtəlif cavablardan elə oxuduqca  müxtəlif suallar yarana bilər. Bilərəkdən, bilməyərəkdən yazdığımız və yazmadığımıza cavab tapmaq asandır                                 Cəmiyyətimizdə imkanlısı uşağının, övladının gələcəyinin parlaq olmasını, ona ev, maşın almaqda, ailə (toy, nişan)qurmaqda, təhsilində və başqa sahələrdə maliyyə köməkliyi etməklə işini, valdeyin borcunu bitmiş hesab edir. Nə bu pulları halal zəhmətlə qazanıb (hansısa kimsəsiz (yəni day-dayısı olmayanın, papasının gül balası olmayanın) əlindən müxtəlif yolarla, vasitələrlə  pulunu alır). Nə də xaricdən gələn müğənnilərin konsertinə gedib min hoqqalardan çıxan imkansızın övladı deyil. Çünki, onun ora veriləsi pulu yoxdur. “Başqasına quyu qazan özü düşər” deyiblər. Bu kefli imkanlı elə bilir övladı bu cəmiyyətdə yaşamayacaq.  “Yaşayacaq”, amma, azad, firavan, sərbəst yaşaya bilməyəcək. Çünki, o da bu çirkabın içindədir-rüşvətxor, dələdüz, insan alveri ilə və.s. ilə məşğul olanlar arasındadır. Hərdən fikirləşirəm, “böyük”lərin əlində “imkan” olar, of demədən gəncləri “soyqırım”a məruz qoyarlar bu rüşvətxorlar... Bu soyqrım kimə cismi və kiməsə mənəvi-mədəni ola bilir. Mən fəxr eləyirəm ki, valdeyinlərim hər hansı bir vəzifə sahibi olmayıblar.Belə ki, bu nöksanların onlarda olub-olmaması barəsində fikirləşim, narahat olum, axtarış aparım. Məncə, rüşvət-pul,özünə “hörmət” istəyən kəsin özü mədəniyyətsizliyin və hörmətsizliyin, eyni zamanda əxlaqsızlığın, tərbiyəsizliyin ən iyrənc, alçaldılmış, aşağlanmış göstəricisidir. Uşaqlara, yeniyetmələrə və gənclərə, yəni bizə kiminsə əsarəti altında olmağı öyrətməklə “böyük”lər sözün həqiqi mənasında həm maddi  və mənəvi itgilər vermiş və veririk.  İnsan, ümümiyyətlə, yaradanın yaratdığı bəşəriyyəti sevən hər kəs, hətta digər canlı varlıqlarda ədalətsizliyin nə səbəbkarı, nə də qurbanı yerində olmaq istəməz, lakin, hər zaman haqq səsini ucaltmaq lazımdır. Bəzən özümüz deyir və yaxud eşidirik; “böyük”lər elə eliyiblər ki, onlara, uşaqlığımıza, yeniyetməliyimizə, gəncliyimizə nifrət eləyirik.  

P.S. Deyirlər subaylıq sultanlıqdır. Məncə isə sultanlıq, uşaqlıq, yeniyetməlik və gənclikdir.


Bookmark and Share

Açar sözlər:

Yazar: ramidumid | Tarix: Noyabr 25, 2008 18:46 | Mədəniyyət | Şərhlər(0) | Baxış sayı: 7

Hansının qiyməti baha olacaq    

          İlin  əvvəlində qəzetlərin qiymət artımının şahidi olduq. Bu ilin əvvəlində də buna cəhd, amma bu cəhddə hamı bir yerdə olmadığından iş  mənfi sonsuzluğa yuvarlandı.  Hələlik qəzetlərin əksəriyyətinin qiyməti 30 qəpikdir.

Halbuki onlar 30 qəpiklik bizə intellekt bəxş etmirlər.  İndi fikirləşirəm... Ağlıma, qəzetə yoxsa cibimə diqqətlə baxım. Mən də bunlar bir-birinə ziddir,  əksdir. Bilirəm ki, biri o birinin qarşılıqlığını verməyib və vermir.Hansının qiyməti baha olacaq Ötən ilin  əvvəlində qəzetlərin qiymət artımının şahidi olduq. Bu ilin əvvəlində də buna cəhd, amma bu cəhddə hamı bir yerdə olmadığından iş  mənfi sonsuzluğa yuvarlandı.  Hələlik qəzetlərin əksəriyyətinin qiyməti 30 qəpikdir. Halbuki onlar 30 qəpiklik bizə intellekt bəxş etmirlər.  İndi fikirləşirəm... Ağlıma, qəzetə yoxsa cibimə diqqətlə baxım. Axı, həm tələbəyəm, həm də jurnalistəm (həbs olunmaq yaxşı deyil, jurnalistə) Yasamalda kirayə evdə qalıram.  Bilmirəm siz buna ev deyərsiniz, ya yox. Hər gün çörək almalı oluram. Çörəyin qiyməti fərqlidir, qəzet kimi.  290 qram  olanı 20 qəpik, 525 qramı isə 30 qəpikdir.  Ümumiyyətlə,  qidada qiymət artımını eşidəndə  elə bil  bir smestr  imtahanlarından kəsilmişəm.  Heyf, tələbəliyə ki, belə dərd- qüssə, kədər çəkməli oluram. Nə isə... deyərlər elə özünü fikirləşir.  Döğrusu belələrindən deyiləm. Heç olmaq da istəmirəm. Ancaq öz dərdim də az deyil.Çörəyin hər iki qiymətlə çəkisi, məncə,  uyğun deyil. Düşünürəm qəzetlərimiz 30 qəpiyə dəyərmi? Heç  20 qəpiyə də dəyməz.Partiya və qeyri – müstəqil qəzetlərin  üzvləri, daha doğrusu  onu alanları çox olur. Ola bilsin  partiya və yaxud qeyri – hökumətlə hökumət təşkilatlarının, quruluşlarının üzvüləri çoxdur. Çünki, belə quruluşun üzvüləri, çalışdıqları yerdə işin ne\ə getməsi, bilgi və xəbərlərin nədən ibarət olması maraqlandırır.Qəzet və çörəyin qiyməti fərqli olduğu kimi jurnal və ət qiymətlərində  də  müxtəliflik görünür.  Bəzi jurnallar da qiymətinin artırdı:  1 manatla oldu 2 manat. Ət də 3 manatla 5 manat arasında qiymətini dəyişir. Cəmiyyətimizdə çoxluq təşkil edən imkansız kəslər, mənəvi və maddi qidasecimində tez-tez olurlar. Mən pul versəm (qəzet redaksiyasından mənə qəzet verilir) qəzetə, o gün çörəksiz bilirəm qalacam. Çünki valideynlərimin mənə  verdiyi pulu müəyyən zamanda xərcləməyi planlaşdırıram.Deməli, 4-cü hakimiyyət olan özündən yuxarıdakı jurnalistika 3 hakimiyyətdən fərqli olaraq  cəmiyyətin tez-tez seçimindədirlər.  «O olmasın, bu olsun»Nəticə budur ki, jurnalistikaya külək haradan əssə istədiyi yerə yıxa bilər.Bədən qida tələb edəndə düşünürəm qəzet hara, çörək hara.(?!) «Heç hənanın yeridir» hələ də bilmirəm, məni qane edəcək mətbuat var ya yoxmu?! Okisgen qazı ilə yaşamağımızı təmin edən ağacları kəsirlər:  Guya məni maarifləndirəcək,  bilgiləndirəcək,  əyləndirəcək qəzetə sərf olunacaqmı? İstər- istəməz məni qıcıqlandıran «qəzetlə» ,«jurnalla»  (bəzi) yanaşı  siqaret və tualet kağızı  üçün ağacları məhv edəcəklər. Deyilənə  görə (bəzi yaşlılara istinadən) imkanla  adamların əksəriyyəti  ətraf mühütə , insanlara ziyan vurublar. Az yaşayanda az ziyan vururlar. Yaxınlarda burunlara hava udub hava buraxan «soçik»  qoyacaqlar.  Ona görə ki, həm hava (təmiz oksigen) az faiz təşkil edəcək.  Həm də ziyanvericilərin (daha doğrusu xeyir verməzlərin) ölüm sayı beləcə azalacaq. İmkanlılar maşını  iki- iki alırlar.  Bu da ekologiyaya ziyan verir.  Maşina da «soççik» qoyulsa yaxşıdır. Hələ bu azmış kimi insanları  maşınla vurub öldürürlər.  Bu zərərverici maşina və bukimilərə kredit var, amma xeyir verən kitaba yoxdur.«Soççiklərin» istifadə hesabına görə qiymətləri yenə tarif şurası müəyyənləşdirsin.  Bəzi maddi qidaların müxtəlif zamanda fərqli qiymətdə mənfi hala doğru getdiyindən  dediklərinə görə Tarif Şurasının xəbəri yoxdur. Yalansa gerçək olsun.  «İnanıram ki, bunu Şura bilsə qiymət artımının tərəfdarı olanların baltasını saplamaq onlardan alar. Amma «baltalar saman altından su yeridir. Beləmsinə deyirlər bacarana can qurban». 
Bookmark and Share

Açar sözlər:

Yazar: ramidumid | Tarix: May 16, 2008 18:06 | Mədəniyyət | Şərhlər(1) | Baxış sayı: 1657

Qiymətiniz...      

ÇOXlarımızın eşitdiyi suallara  haralısan, «iqtidarsan», «müxalifətsən» də daxildir. Bu  sualların daha çox verilməsi seçkilər dövründə olur.Amma başqa hallarda da bu lazımsız yanaşma ilə qarşılaşmalı  oluruq.Bakının  Yasamal rayonunda kirayə ev axtaranda ev sahiblərinin ilk sualları belə olurdu : Haralısan (sınız)? Haradasa işləyirsən(siniz), yoxsa tələbəsən(siniz)? 

Bu suallara necə cavab verməyimi yazmaqdan öncə mötərizədə yazdıqlarımın mənasını bilsəniz də, yenə yazım. İnsafla çalışmışam, istəmişəm ki, həmişə danışam, yazam, iş görəm. Ev sahibləri arasında nəzakətlə siz deyərək müraciət eləyəni var idi.

Cavabım Azərbaycan Respublikasının  Konistitusiyasının  maddəsini pozmadan azərbaycanlıyam dedim.   Cavabım onlardan heç kəsi qane etmədi. Kim isə əsəbi, kim isə ciddi dedi; Hamımız azərbaycanlıyıq, səndən (sizdən)  hansı şəhərdən, rayondan olmağını soruşuram. Onlar bu sözü deməsələrdə belə əvvəldən bilirdim «hara»nı soruşurlar.Məni o mənada öyrəniləndə hissiyatıma  toxunurdu.  Onların da «hissiyat»ına toxunmaq üçün gözlərinin örtüyü (qapağı) açıq olduğu halda yatmış «şüur»unu oyatmaq istədim. ancaq nə xeyri oldu. Üzərində  hərəkət etdiyimiz torpaq Azərbaycan ərazisi deyilmi? «Hara»lısının Azərbaycan da önəmi nədir? Tanımadığınız gənc oğlan bərəsində belə siz nə öyrənə bilərsiniz? Sən  (siz) adamı başa düşmürsüz, anlamırsınız. Sənlə (sizlə) mənimki tutmaz. «Yaxşı yol».Sakitcə ona baxıb  yarı peşman, yarı sevinclə oranı tərk elədim. Üç ünvandan məni beləcə yola saldılar. Heç utanmadım. Necə deyərlər; utananın oğlu olmaz. Hələ evim, iş yerim olsun, sonra ailə quraram. (yarızarafat, yarıciddi) Digər  üç evdə isə ev sahiblərinin haralısan sualının mənalı cavabını deyil, bilmək istədikləri ünvanı dedim.  Oralardan da «yaxşı yol» və yaxud «gülə-gülə» dedilər.  Lakin, məni qarşılayanda sanırdım bəzi üzdəniraq nazirəm və yaxud icra hakimiyyətinin başçısıyam. Bu vəzifələri hər bir evdə qarşılanmaya uyğun hiss eləyirəm. Yola  salmağı isə yazmıram...Ev sahibləri ilə oxşar cəhətim imkansız təbəqədən olmağımdır.  Fərqi ...Onların verdiyi sualları Universitetdə, qəzet redaksiyalarında da verirlər. Jurnalist müəllimin və onun tələbəsinin, qəzetçi jurnalistin  belə soruşmasını anlamıram.  Axı, jurnalist peşəkardırsa, qərərsiz, vicdanlı, obyektiv və s. olmalıdır. Belə sual verənlərin digərləri də Azərbaycan barəsində yaxşı olmayan bir söz deyəndə heç biri dinlənmir, lakin həmin yaxşı olmayan sözü, Azərbaycanın hər hansı şəhəri, rayonu, kəndi və s.  haqqında deyəndə orada dünyaya gəlmiş kəs elə danışır hətta savaşır gəl görəsən.  Bəs, əvvəl niyə danışmırdın və savaşmırdın? - ...İqtidar yönlüsən, yoxsa müxalifət yönlüsən? Mən də  bu sualın cavabına «yaxşı yol» deyirəm. Müxalifətlə iqtidar və bu yönlü partiyalar arasında bəzən sağlam rəqabət pozulur,  bunları bir-biri ilə «qohum» eləsək yaxşıdır. Axı, qohumdurlar... Belə suallar eşidəndə düşünürəm ki, o kəslərə insaniyyət bəlkə də lazım deyil, insanı ağlına görə qiymətləndirərlər. Onun haralı olması, siyasi baxışlarının və sosial vəziyyətinin necə olmasının insan üçün  əsas götürmək OLMAZ.Aydındır ki, fikirlər, zövqlər müxtəlifdir. Belə bir məsəl var; «İnsanı geyimi ilə qarşılayıb, ağlı ilə yola salarlar».Hərdən kimin kimi geyimi ilə qarşılayıb, geymi ilə də yola salmağına rast gəlirəm. Belələrinin insana insafla qiymət verməyinə şübhəm var.  Kasıbı, fəhləni, işçini başqa cür də düşünmək gərəkdir. Necə deyərlər: «tələsən təndirə düşər». Bəzisi elə paltara diqqət edir. Belə sualları verəndə artıq mən də onun barəsində fikir yaranır. O qədər paltardan danışır və yaxud  diqqəti onda qalır ki, o şəxs gedəndən sonra deyir; flan məsələni soruşacaqdım, filankəsi ona tapşıracaqdım, filankəsdən özünü qoru deyəcəkdim və nələr...Tanışlıq zamanı ad soruşulur. Adlar var qoyulduğu kəsin əməlilə uyğun deyil.Məsələn, savadsız birinin adı Alimdir. Necə də yersiz və mənasız bir ad qoymadır. Yaxud savadlının adı Alimdir. Lakin mədəniyyəti yoxdur. Necə deyərlər; «alim olmaq asandır, insanq olmaq çətin». Yazı yazdığım zaman məni yandıran biri də odur ki, arzu, istək və Allaha dua ilə dünyaya gətirdiyi övladına mənasını bilmədiyi adı qoyur. Bu da uşağın gələcəyi barəsində düşünülməmiş uçuruma tərəf atılan  addımlardan ilkinidir.Adımın mənasın əksəriyyət soruşub.Ramid ərəb sözüdür, mənası yandıran deməkdir. Məndən heç yandıran olar. Bunun üçün «kibrit» lazımdır. O da məndə yoxdur. Eşitdiyimə görə bir neçə nəfərdən yandırmağı SÖZlə bacarıram. Deyəsən, bu ad başıma bəla olacaq. Artıq bəziləri anlayıb məni «hədələyir»; « Saman altından su yeritməyin, bəsdir ha! Başın ağrıyar».Hardan gəldim, hara çıxdım. Nəhayət nəticə...Bir zaman sanırdım ki, adımın Azərbaycan sözü olmadığına görə haralı olduğumu soruşurlar. Sonradan bildim ki, adı əsl Azərbaycan sözü olandan, da elə olmayandan da soruşurlar. Deməli, «qazanda bişən nədi, düşən nədi bilməmişəm».

  P.S.Sovet (SSRİ) dövrü olsaydı haralısan, sualı ilə haradasa razılaşmaq olardı. Bəlkə də Qarabağ problemini yaşamazdıq


Bookmark and Share

Açar sözlər:

Yazar: ramidumid | Tarix: May 14, 2008 19:00 | Mədəniyyət | Şərhlər(1) | Baxış sayı: 106

 

 

Los-Anceles-İrəvan telemarafonunda Azərbaycan musiqi və rəqsləri erməni mədəniyyətinin nümunələri kimi təqdim olunub


Bookmark and Share

Açar sözlər:

Yazar: ramidumid | Tarix: Noyabr 23, 2007 18:54 | Mədəniyyət | Şərhlər(0) | Baxış sayı: 172

 Rabitə


Hökumət ilk süni rabitə peykinin kosmosa çıxarılmasına hazırlaşır

XXI əsrdə informasiya nəinki xalqların mənəvi potensialının, həm də ilk növbədə iqtisadiyyatın inkişafında aparıcı rol oynayacaq. Artıq bu gün meydana çıxan informasiya iqtisadiyyatı inkişafın lokomotivinə çevrilir. Hazırda «Böyük İpək yolu diplomatiyası» doktrinasının məhz ona olan ehtiyac sayəsində geniş dəstək qazandığını əminliklə qeyd etmək olar. Böyük İpək yolunda tamamilə yeni telekommunikasiya layihələri ideyası yaranıb. Belə ki, Şanxaydan Frankfurtadək fiber-optik rabitə xəttinin yaradılması layihəsi həyata keçirilir. Bu layihə Asiya ilə Avropanı birləşdirən mühüm informasiya dəhlizinə çevrilməli və Böyük İpək yolunun keçdiyi bütün ölkələrin informasiya imkanlarını xeyli genişləndirməlidir.


Müasir informasiya-kommunikasiya texnologiyaları Azərbaycanda elm və təhsil sahəsində islahatların yüksək səviyyədə həyata keçirilməsində, eləcə də Azərbaycan elminin və təhsilinin dünya standartlarına uyğunlaşdırılmasında və milli kadrların inkişaf etmiş dövlətlərin aparıcı elmi-tədqiqat mərkəzlərinin qabaqcıl təcrübə və potensialından istifadə etməsində müstəsna rol oynayır.
Yeni metodlardan, qabaqcıl texniki vəsaitlərdən, yüksək sürətli rabitə kanalları və İnternet şəbəkəsindən istifadə edilmədən həmin texnologiyaların həyata keçirilməsi mümkün deyil. Bütün bunlar iri sərmayə qoyuluşu tələb edir.
NATO-nun Elmi Komitəsi tərəfindən təklif edilən «Virtual İpək Yolu» layihəsi belə investisiyalardan biridir. Bu layihə çərçivəsində üç Cənubi Qafqaz ölkəsi və beş Mərkəzi Asiya ölkəsinin (Özbəkistan, Türkmənistan, Qırğızıstan, Qazaxıstan və Tacikistan) İnternet şəbəkəsinə qoşulmaqla «Virtual İpək Yolu»nun yaradılması nəzərdə tutulur. Layihənin əsas məqsədi isə adı çəkilən dövlətlərin elm və təhsil müəssisələrinin dünya ictimaiyyəti ilə daha yüksək səviyyədə informasiya mübadiləsinin təşkilidir.
Azərbaycanda cəmiyyətin informatikləşdirilməsinin əsas istiqamətlərindən biri təhsil və elm müəssisələri sisteminin informatikləşdirilməsi ilə bağlıdır. Bu səbəbdən «Virtual İpək Yolu» layihəsinin gerçəkləşdirilməsində Azərbaycanın iştirakı cəmiyyətin informatikləşdirilməsində və respublikanın dünya informasiya cəmiyyətinə inteqrasiyasında əsas mərhələlərdən biridir.
Ekspertlər ehtimal edirlər ki, Azərbaycanın bu layihədə əməkdaşlığı və ölkənin «Böyük İpək Yolu» ölkələrinin vahid peyk sisteminə (Silk-Sat) qoşulması respublikanın SSRİ dövründə qazandığı liderliyi yenidən qaytarmasına imkan verə bilər. Dünyada 20-dən artıq birləşmiş peyk sistemi mövcuddur ki, Silk-Sat da onların sırasına daxil olacaq.
Xatırladaq ki, azərbaycanlı alimlər kosmonavtikanın inkişafı istiqamətində az iş görməyiblər. Sovet dövründə Azərbaycanda bu sahənin inkişafı üçün təxminən 8 min mütəxəssis çalışıb.
Bu yaxınlarda isə görkəmli fizik Roald Saqdeyevin təşəbbüsü ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) Yerdəki İpək yolu ölkələrini kosmik informasiya yolu ilə bağlamağa imkan verəcək Silk-Sat kosmik peykinin buraxılması ideyası müzakirə edilib.
Qeyd edək ki, Azərbaycan tərəfi artıq təxminən 2 ildir ki, milli peykin kosmosa buraxılması imkanlarını və texniki parametrlərini nəzərdən keçirir. RİTN tərəfindən texniki şərtləri hazırlamaq və həmin məsələ üzrə növbəti müzakirələri davam etdirmək qərara alınıb.
Milli rabitə peykinin orbitə çıxarılması məsələsi də 2007-ci ildə keçiriləcək Ümumdünya Radio Rabitəsi Konfransın (ÜRK-07) gedişində nəzərdən keçiriləcək, konfransın yekunları üzrə peykin orbitdəki yeri müəyyən ediləcək.
Analitiklərin proqnozlarına əsasən, rabitə və radioverilişi peykinin orbitə çıxarılması yaxın iki ildə həyata keçiriləcək. Hazırda Azərbaycan Eutelsat-Sesat 36 xarici süni peyklərin xidmətlərindən ödəniş əsasında istifadə edir. Azərbaycanın tele-radio kanalları həmin peyklər vasitəsilə Avropa ölkələrində yayımlanır. Milli peykin buraxılması isə translyasiya edilən televiziya verilişlərinin keyfiyyətini xeyli artırmağa və ölkəyə daxil olan trafikin həcmini artırmağa imkan verəcək.
Mütəxəssislər hesab edirlər ki, bu məqsədlə Azərbaycanın Rusiya ilə əməkdaşlığı səmərəli və məhsuldar ola bilər, çünki Rusiya bu gün dünyada informasiya peyklərinin istehsalı sahəsində lider mövqeyini tutur. Rusiya peyklərinin keyfiyyət xüsusiyyətləri dünya standartları səviyyəsindədir, eyni zamanda onların dəyəri xeyli aşağıdır. «Proton» peykinin dəyərini misal gətirmək olar. Belə ki, Rusiya peykinin qiyməti təxminən 120-170 mln. ABŞ dolları təşkil edir ki, bu da analoji Amerika aparatlarının dəyərindən 50% aşağıdır.
Rusiyada bir peykin istehsalat dövrü 2-3 il, kosmik aparatların istismar müddəti isə 10-15 il təşkil edir. Hər bir peyk quraşdırılan bort avadanlığının parametrlərini müəyyən edən konkret sifarişçinin istəyinə uyğun hazırlanır. Peykin quraşdırılması prosesindən əvvəl isə müqavilənin hazırlanması üzrə uzunmüddətli iş aparılır. Ekspertlərin fikrincə, kosmik rabitə aparatlarına illik tələbat 12-20 yeni peyk səviyyəsində qiymətləndirilir.
Qeyd edək ki, Azərbaycan-Rusiya əməkdaşlığının istiqamət spektri kifayət qədər geniş və hərtərəflidir. Son illər ərzində Azərbaycan Milli Aerokosmik Agentliyi (AMAKA) ilə Rusiya Federal Kosmik Agentliyi arasında əlaqələrin bərpası Azərbaycan kosmik elminin inkişafı üçün yeni və güclü təkan verib ki, həmin əməkdaşlıq çərçivəsində Azərbaycanda kosmik informasiyanın qəbulu və işlənməsi üzrə yerüstü kompleksin hazırlanması və inkişaf etdirilməsi işləri həyata keçirilir.
Qəbul stansiyası eyni zamanda beş kosmik peykdən daxil olan informasiyanı almağa imkan verəcək. Respublikada bu cür kompleksin inkişaf etdirilməsi Azərbaycan ərazisinin naviqasiya təminatı üzrə birgə konsepsiyanın işlənib hazırlanması ilə birbaşa əlaqəlidir. Uyğunlaşdırılmış GPS/QLONAS qəbuledicilərinin birgə işlənməsi və istehsalı, eləcə də Azərbaycanın daxili bazarının onlarla təmin edilməsi həmin konsepsiyaya daxildir. QLONAS – stasionar peyklərdir ki, AMAKA onların köməyilə naviqasiya məsələlərini həll edəcək.
Rusiya Kosmik Cihazqayırma Elmi-Tədqiqat İnstitutu tərəfindən UNISCAN stansiyasının texnologiyaları və tərkib hissələri əsasında hazırlanan stansiya orbital stansiyalardan siqnalların qəbul edilməsi, habelə Azərbaycan ərazisinin zondla tətqiq edilməsi imkanını təmin edəcək.
Xatırladaq ki, həmin stansiyanın alınmasına dair müqavilə 2004-cü il aprelin əvvəlində Bakıda keçirilən əməkdaşlıq üzrə Rusiya-Azərbaycan hökumətlərarası komissiyasının 8-ci iclasının yekunları üzrə imzalanıb. Eyni zamanda, AMAKA ilə RF Federal Kosmik Agentliyi arasında kosmosun öyrənilməsi sahəsində əməkdaşlığa dair protokol imzalanıb. Hökumətlərarası komissiyanın iclasının yekunları üzrə imzalanan protokolda elmi-texniki sahədə, yanacaq-energetika kompleksində, nəqliyyat və rabitə, eləcə də humanitar sahəsində iki ölkənin əlaqələrinin inkişafının vacibliyi qeyd edilib. Kosmosun öyrənilməsi sahəsində müqavilənin imzalanması hər iki tərəfə yüksək texnologiyalar sahəsində əməkdaşlığı inkişaf etdirməyə imkan verəcək. /
APA-ECONOMICS/


Bookmark and Share

Açar sözlər:

Yazar: ramidumid | Tarix: Noyabr 23, 2007 17:20 | XƏBƏRLƏR | Şərhlər(0) | Baxış sayı: 101

 Sayt tezliklə bərpa olunacaq


Bookmark and Share

Açar sözlər:

Yazar: ramidumid | Tarix: Noyabr 22, 2007 10:13 | Bölməsiz | Şərhlər(0) | Baxış sayı: 107

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha